Aktyor Elcan Rəsulov Bakıda icarəyə verilən skuter və velosipedlərin qiymətlərindən şikayətlənib.
AvroMedia.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib:
"Son günlər skuter və velosipedlərdən aktiv istifadə etməyə başlamışam. İndi istəyirəm təcrübələrim və müşahidələrim barədə sizinlə də bölüşüm. İlk növbədə bu velosiped yolları adlanan hissəni düşünən, layihəsini hazırlayan, təqdim edən, həyata keçirən hər kəsə xüsusi təşəkkür edirəm. Çox əla işdir. Maşın yollarında özünü xüsusilə təhlükəsiz hiss edirsən. Bulvarda isə adamlar yerdəki xəttə fikir vermədən gəzilər deyə, məcburi şəkildə sən də avtoşluq edirsən, "ara işləyirsən".
Velosiped yolları bütün Bakını əhatə etsə, inanın ki, çox az sayda maşın sürən adam görəcəksiniz. Çox böyük yollar var ki, səkiylə sürməyə məcbur olursan, bu isə əlverişli deyil. Səkilər demək olar bərbad vəziyyətdədir. Ya getdiyin yerdə yol bitir, qarşına hansısa obyekt çıxır, çuxur, ya da pilləkən çıxır. Düzdür əyləncə üçün də skuter və velosipedlərdən istifadə edənlər çoxdur. Amma mən bahalı maşınlarını saxlayıb bu xidmətlərdən istifadə edən çox adamlar gördüm yollarda.
İndi isə gələk qiymət məsələsinə. Düşünürəm ki, bu xidmətlərin taksi qiymətinə olması düzgün deyil. Çünki seçim qarşısında qalanda, əlbəttə taksi daha rahat, komfortlu və təhlükəsizdir. Məncə bütün şirkətlər qiymətlərə bir də nəzər salmalıdır. Çox həvəslənmişdim, sadəcə yutubda qarşıma çıxan skuter qəzaları videosu məni bir az qorxutdu bu gün. Ona görə nəsə təhlükəsizlik tədbirləri də fikirləşməliyəm".

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı