Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün icazə prosedurları daha da sadələşdirilib.
AvroMedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yadığı məlumatda deyilir.
Bildrilib ki, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalından əldə edilən icazənin müddəti 5 günədək artırılıb.
Fərdi minik avtomobilləri ilə səfər zamanı bir sürücü olmaqla maksimum 9 nəfər üçün icazə almaq mümkündür. Fərdi minik avtomobili dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.
Sürücülər “Yolumuz Qarabağa” portalında səfər qaydaları və mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, eyni zamanda bu məlumatları səfər edən şəxslərə çatdırmalıdırlar. İşğaldan azad edilmiş ərazilərə daxil olduqda isə mina təhlükəsizliyi üçün müəyyən edilmiş marşrutdan kənara çıxmamaq, yolayrıcılarında diqqətli olmaq və səfər boyunca qaydalara riayət etmək tələb olunur.
Bundan əlavə, vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər edəcəkləri istiqamətlərdə fəaliyyət göstərən otellər və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. İşğaldan azad edilmiş ərazilərdə yerləşən hotellərdə rezervasiya edən şəxslər isə əraziyə giriş icazəsini avtomatik əldə etmiş olacaqlar.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı