Prokurorluqda qulluq keçmənin yaş həddi artırılır və bu, son yaş həddi kimi müəyyənləşdirilir.
AvroMedia.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.
Təklif edilən dəyişikliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının son yaş həddi 65 yaş olacaq.
Həmçinin prokurorluq işçisi prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda prokurorluq işçisinin qulluq keçməsinə xitam veriləcək.
Bundan əlavə, mövcud qanunvericiliyə əsasən, məhkəmə və hüquq mühafizə orqanlarından, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa işə keçirilən şəxslər ixtisas imtahanlarından azad oluna bilərlər və bu halda onlarla müsahibə aparılır. Prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar attestasiyadan keçdikdən sonra verilir.
Təklif edilən dəyişikliyə əsasən, prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar müsahibədən keçdikdən sonra veriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı