“Azərbaycan ərazisində son günlər müşahidə olunan nisbətən sərin və qeyri-sabit hava şəraiti ölkəmizə daxil olan şimal axınlarının təsiri ilə bağlıdır”.
AvroMedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Modern.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyul ayının birinci ongünlüyünün sonlarınadək əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var:
“Həftənin ikinci yarısından başlayaraq ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Maksimal temperaturun Aran rayonlarında 39, Bakıda və Abşeron yarımadasında, eləcə də dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı ehtimal edilir”.
G. Məmmədovanın sözlərinə görə, müşahidə olunan hava şəraiti qlobal iqlim dəyişmələrinin regional təzahürləri kimi xarakterizə edilir.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı