Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
Tarix: 3-07-2025, 15:03
Baxılıb: 2 437
Google+ Paylaş
Tumblr Paylaş

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

3-07-2025, 15:03

Ölkə ərazisində müşahidə olunun qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.
AvroMedia.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir:
“Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında da küləkli hava şəraitinin iyulun 6-si axşamadək davam edəcəyi gözlənilir”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ