Azərbaycan vətəndaşı Elnur Tahir oğlu İsmiyev dövlətə xəyanət ittihamı ilə həbs olunub.
AvroMedia.az Teleqraf-a istinadla xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
E.İsmiyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.
İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İyunun 30-da cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakimlərin qərarı ilə proses qapalı rejimdə aparılıb. Tərəflərdən əldə etdiyimiz məlumata görə, hazırlıq iclasında mahiyyətə uyğun olaraq anket məlumatları dəqiqləşdirilib. İlkin istintaq zamanı hər hansı prosessual pozuntu aşkar edilmədiyindən iş məhkəmə baxışına verilib.
Qeyd edək ki, ittiham sübuta yetirilərsə, E.İsmiyevi 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı