Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
AvroMedia.az xəbər verir ki, düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir.
Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Mingəçevirdə 15 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 3 metrdir.
İyunun 15-i saat 17:35-17:41 radələrində Tovuz rayonunun Əsrikçay-Əsrikcırdaxan ərazisinə diametri 12 mm olan dolu düşüb.
Altıağac, Daşkəsən, Qax (Sarıbaş), Şəki, Qrız, Qusar, Lerik duman müşahidə olunur, görünüş məsafəsi 200 m-dək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı