Xəbər verdiyimiz kimi, bu gün Naxçıvanda "Qlobal İnformasiya Mühiti və Media Trendləri” Konfransı – MEDİAFEST-2025 keçirilir.
AvroMedia.az xəbər verir ki, konfrans çərçivəsində Naxçıvan televiziyası "Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.
Naxçıvanda keçirilən tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar - Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı