Ermənistanda hərbi xidmətdən və ehtiyatda olan hazırlıqdan yayınmaya görə cəzaların sərtləşdirilməsi təklif olunur. Ədliyyə nazirinin müavini Gevork Köçəryan mayın 27-də Milli Assambleyada çıxışı zamanı bildirib ki, bu addım belə halların artması ilə əlaqədardır. Belə ki, 2023-cü ildə 1499, 2024-cü ildə isə artıq 1779 belə fakt qeydə alınıb.
AvroMedia.az xəbər verir ki, qanun layihəsinə əsasən, hərbi xidmətdən yayınmaya görə azadlıqdan məhrumetmə müddəti hazırkı 2–5 il aralığından 3–6 ilə qədər artırılacaq, cərimə isə 20 min dramdan 15–30 min dram aralığında dəyişdiriləcək. Hazırlıq təlimlərindən yayınmaya görə cəza isə 2 ildən 1–3 ilə qədər artırılacaq.
Eyni zamanda, cinayətlərin kateqoriyası da dəyişdiriləcək: hərbi xidmətdən yayınma “orta ağırlıqlı” cinayətdən “ağır” cinayətə, hazırlıqdan yayınma isə “yüngül” cinayətdən “orta ağırlıqlı” cinayət kateqoriyasına keçəcək.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı