Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq.
AvroMedia.az trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, kursant hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək.Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər kursant hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirəcəklər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı