NK artıq bu tarixdə hesabat verəcək
Tarix: 16-05-2025, 13:29
Baxılıb: 3 336
Google+ Paylaş
Tumblr Paylaş

NK artıq bu tarixdə hesabat verəcək

16-05-2025, 13:29

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.
Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.
Məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ