Ölkəmizdə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, müraciətlərin operativ şəkildə cavablandırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və ölkəmizdə fəaliyyət göstərən digər məhkəmələrlə əlaqə saxlamaq üçün “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib.
AvroMedia.az xəbər verir ki, Azərbaycan Respublikasının istənilən regionundan stasionar telefonlardan (012) 887, bütün mobil operatorlardan isə 887 qısa nömrəsinə yığmaqla, səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə əlaqə qurmaq mümkündür. Məhkəmələrin əlaqə kodlarını, həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən (www.jlc.gov.az) də əldə edə bilərsiniz.
Qeyd edək ki, Çağrı Mərkəzi bazar ertəsi – cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimində xidmət göstərir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu