Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-25-də Azərbaycana edəcəyi rəsmi səfərin proqramı açıqlanıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev danışıb.
Məlumata görə, S.Japarov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Görüş zamanı tərəflər iki və çoxtərəfli əməkdaşlığa dair aktual məsələləri müzakirə edəcəklər.
Bildirilir ki, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi və bu iclasın yekununda iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönələn birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır.
Japarovun, həmçinin Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirakı gözlənilir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu