Yaz aylarının ən ləzzətli meyvələrindən biri olan çiyələk sağlamlıq üçün çox faydalıdır.
AvroMedia.az xəbər verir ki, A, B və C vitaminləri ilə zəngin olan çiyələk orqanizm tərəfindən asanlıqla həzm olunur.
Digər meyvələr kimi vitaminlər, minerallar, lif və antioksidant xüsusiyyətlərə malik birləşmələrlə zəngindir. Tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini dəstəkləyir və infeksiyalardan qoruyur. Tərkibindəki lif sayəsində həzmi asanlaşdırır və bağırsaq hərəkətlərini tənzimləyir.
Çiyələk flavonoidlər və antosiyaninlər kimi güclü antioksidanları ehtiva edir. Bu komponentlər bədəni sərbəst radikalların zərərindən qoruyur.
Həmçinin bu meyvə fitokimyəvi, xərçəng əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Çiyələkdə olan fitokimyəvi maddələr xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və mövcud xərçəng hüceyrələrinin yayılmasına qarşı qalxan rolu oynayır.
Çiyələk az miqdarda olsa da tərkibində A vitamini ehtiva edir. A vitamini göz sağlamlığını qorumaq, dəri hüceyrələrini yeniləmək və infeksiyalara qarşı müqaviməti artırmaq üçün vacibdir. Müntəzəm olaraq çiyələk yemək orqanizmin A vitamini ehtiyacını təbii şəkildə ödəyə bilər.
Şəkərin miqdarını azaltdığı üçün çiyələyi şəkərli diabet xəstələrinin qidalanma rejiminə daxil edirlər. Zəngin lif tərkibi sayəsində pis xolesterinin aşağı salınmasında da rol oynayır.
Bundan başqa dərini nəmləndirir, parlaqlıq verir və qocalma əlamətlərini gecikdirir. Dərini təravətləndirir, yeniləyir və canlandırır.
Çiyələk bəzi insanlarda allergiyaya səbəb ola bilər. Çiyələk istehlak edərkən qaşınma olarsa, həmin insanların bu meyvədən uzaq durması vacibdir.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı