Kamçatkada sahilə çıxan balina Oxot dənizinə qaytarılıb.
AvroMedia.az xəbər verir ki, xilasedicilər onu torda kifayət qədər dərinliyə aparıb və o, üzərək uzaqlaşıb.
Kamçatka ərazisi Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti rəsmi Telegram kanalında bildirib ki, heyvan ağır texnikanın köməyi ilə suya çıxarılıb. Noyabrın 14-də məlum olub ki, gənc balina Oxot dənizindəki estuarda ilişib. Dayaz suda dalğanın az olması səbəbindən nəfəs ala bilməyib və dərisində çatlar əmələ gəlib.
Xilasedicilər və könüllülər dərisinin qurumasının qarşısını almaq üçün heyvanın üzərinə əl ilə su çiləyiblər. Bölgənin fövqəladə hallar naziri Sergey Lebedev onun uzun müddətdir ki, sahildə qalmasından şikayətlənib. O, bədəndəki yaralara görə xilas olma şansının getdikcə azaldığını irəli sürüb./ajansaz

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu