87 yaşlı britaniyalı milyarder Coe Levis öz tanışlarına ictimaiyyətə açıq şirkətlər haqqında qeyri-qanuni səhm tövsiyələri edib, onların təxminən yarım milyon dollar pul qazanmağına imkan yaradıb.
AvroMedia.az xəbər verir ki, ABŞ-da keçirilən məhkəmədə Coe Levisin iki il həbsi istənib. Ancaq milyarderin səhhəti, yaşı nəzərə alınaraq və ittihamlarla üzləşmək üçün Vaşinqtona gəlməsi səbəbindən ona həbs cəzası yerinə beş milyon dollar cərimə kəsilib. Milyarderin şirkətlərindən biri olan “Broad Bay Ltd” də 44 milyon dollar cərimələnib.
Baham adalarında yaşayan britaniyalı Coe Levis müxtəlif korporativ şuralarda tutduğu mövqe sayəsində bəzi şirkətlər haqqında məxfi məlumatlar əldə edib. O, daha sonra öz sevgilisinə, dostlarına və şəxsi pilotlarından ikisinə həmin şirkətlərin səhmlərini almağı tövsiyə edib. Onun ötürdüyü informasiya sayəsində bu şəxslər yarım milyon dollar pul qazanıb.
Bloomberg agentliyinin milyarderlər indeksinə görə, Coe Levisin və ailəsinin sərvəti 7,2 milyard dollardır. Onun hazırkı sərvətinə müxtəlif ölkələrdəki evlər, 90 milyon dollar dəyərində şəxsi təyyarə, 100 milyon dollarlıq sənət kolleksiyası və 250 milyon dollarlıq yaxta daxildir. O, dünyanın 500 ən zəngin adamından biri kimi tanınır.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu