İspaniyada Böyük Britaniyadan olan məktəblinin tutduğu naqqa balığı çəkisinə görə rekord vurub.
Bu barədə yerli xəbər portalları yazır.
11 yaşlı Coşua Devenport valideynləri ilə balıq tutarkən onun tilovuna naqqa balığı keçib. 25 dəqiqə ərzində məktəbli şikarıyla mübarizə aparıb. Uşağın gücünün çatmadığı bəlli olduqda yaxınlıqda olan üç balıqçı onun köməyinə gəlib.
Balığı sahilə çıxardıqdan sonra onu tərəziyə qoyublar. Balığın 69 kiloqram ağırlığında olduğu məlum olub və Coşua uşaq tərəfindən tutulan ən böyük şirin su balığı üzrə Avropa rekordunu qırıb.
“Balıqçılıq Coşua üçün hər şeydir. İlk tilov ona dörd yaşı olanda verilib!”, - deyə uşağın anası bildirib.
Rekord qeydə alındıqdan sonra naqqa balığı yenidən çaya buraxılıb.

Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım