TikTok istifadəçilərinə PİS XƏBƏR
Tarix: 15-04-2023, 08:53
Baxılıb: 1 103
Google+ Paylaş
Tumblr Paylaş

TikTok istifadəçilərinə PİS XƏBƏR

15-04-2023, 08:53

ABŞ-ın Montana ştatında qanunvericilər “TikTok” mobil tətbiqini qadağan edən qanun qəbul ediblər.

Qeyd olunub ki, SB 419 kimi tanınan qanun layihəsi mobil proqram mağazalarının Montanadakı istifadəçilərə “TikTok”u yükləmək üçün təklif etməsinə mane olacaq.

Eyni zamanda, qanun layihəsinin qüvvəyə minəcəyi təqdirdə mobil proqram mağazaları ilə məşğul olan “Apple” və “Google” qadağanı pozduqlarına görə cərimələnəcək.

Dövlətin qadağanı necə tətbiq edəcəyi hələlik bəlli deyil. Qanun layihəsi imzalanması üçün Montana qubernatoru Qreq Ganforteyə göndərilib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ