Möminə xatun türbəsinin bərpasına 10 milyona yaxın pul ayrıldı
Tarix: 16-03-2026, 13:10
Baxılıb: 7 043
Google+ Paylaş
Tumblr Paylaş

Möminə xatun türbəsinin bərpasına 10 milyona yaxın pul ayrıldı

16-03-2026, 13:10

Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

AvroMedia.Az  xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.
Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ