Bakıda növbəti böyük söküntü prosesi başlayır.
AvroMedia.az-ın məlumatına görə, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən fərdi yaşayış evləri söküləcək.
Artıq bu ərazidə yaşayan sakinlərə rəsmi bildirişlər təqdim olunub və evlərin boşaldılması üçün hazırlıq mərhələsinə start verilib.
Söküntünün səbəbi paytaxtın əsas nəqliyyat problemlərindən birinin həlli ilə bağlıdır. Belə ki, "20 Yanvar dairəsi" və "Şamaxinka" ərazisində tıxacların azaldılması məqsədilə Xiyabani küçəsindən keçəcək yeni avtomobil tunelinin tikintisi planlaşdırılır.
Qeyd edək ki, söküləcək evlərin sahiblərinə qanunvericiliyə uyğun kompensasiya ödəniləcək. Kompensasiya məbləğinin daşınmaz əmlakın yerləşdiyi ərazi, sahəsi və bazar dəyəri əsasında müəyyən ediləcəyi bildirilir.
Hazırda söküntü siyahısına düşən evlərin dəqiq sayı açıqlanmasa da, Xiyabani küçəsinin tunelin keçəcəyi hissəsində yerləşən yaşayış məntəqələrinin layihə çərçivəsində tamamilə boşaldılacağı gözlənilir. Sakinlərə bu məqsədlə bildirişlər də təqdim olunub.
Qeyd edək ki, söküntü "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aparılacaq işlərin tərkib hissəsidir. Proqrama əsasən, yeni tunel şəhərin bu hissəsində nəqliyyat axınını yüngülləşdirməli, uzun illərdir problem yaradan sıxlığı aradan qaldırmalıdır.baku.ws

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı