Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirsə də, nəticələrin açıqlanması uzanır.
Bəs nəticələr nə vaxt açıqlanacaq?
DİM-dən AvroMedia.az-a bildirilib ki, 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.
“Qeyd edək ki, imtahan nəticələri hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil”, – mərkəzdən deyilib.
Xatırladaq ki, martın 3-də respublikanın 30 şəhər və rayonda 11-ci sinfi bu il bitirən 52 mindən çox şagird buraxılış imtahanı verib. İlk dəfə olaraq Ağdərə rayonunun Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib.

Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım