Bu gün Bakıya qar yağacaq
Tarix: 16-02-2024, 08:27
Baxılıb: 2 916
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün Bakıya qar yağacaq

16-02-2024, 08:27

Fevralın 16-da Bakıya və rayonlara qar yağacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, səhər saatlarında yağışın qısa müddətə sulu qarla qarışıq yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək.
Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ