Bu dost ölkələr səsverməyə niyə qatılmayıb?
Tarix: 27-01-2024, 09:21
Baxılıb: 3 876
Google+ Paylaş
Tumblr Paylaş

Bu dost ölkələr səsverməyə niyə qatılmayıb?

27-01-2024, 09:21

AŞPA-da Azərbaycan əleyhinə səs verməklə səsvermədə iştirakdan imtina arasında çoxmu fərq var? Çünki səsvermədə iştirakdan imtina əleyhdarlarımızın mövqeyini gücləndirib.

Bu sözləri politoloq Elxan Şahinoğlu AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı səsvermənin nəticələri haqda qeyd edib.
O bildirib ki, Azərbaycanı dost və tərəfdaş adlandıran bir qisim ölkənin nümayəndə heyəti bu səsvermədə iştirakdan imtina edib:
“Görünür, bununla həmin nümayəndə heyətləri nə AŞPA-da Azərbaycan əleyhinə məsələ qaldıran mərkəzlər, nə də Azərbaycan nümayəndə heyəti ilə üz-göz olmaq istəyiblər. Misal üçün, tərəfdaşımız olan Gürcüstanın nümayəndə heyəti Azərbaycanla bağlı səsvermədə iştirak etməyib, nə “hə”, nə “yox” deyib. Bu taktikadan müxtəlif məsələlərlə bağlı AŞPA-da demək olar ki, hamı istifadə edir”.
Qeyd edək ki, 24 yanvarda AŞPA-da Azərbaycana qarşı qəbul edilmiş qərarın müzakirəsində cəmi 90 deputat iştirak edib - 76 nəfər qərarın lehinə, 10 nəfər əleyhinə səs verib, 4 nəfər də bitərəf qalıb
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ