20 Yanvar faciəsinin pərdəarxası - VİDEO
Tarix: 20-01-2024, 22:00
Baxılıb: 2 844
Google+ Paylaş
Tumblr Paylaş

20 Yanvar faciəsinin pərdəarxası - VİDEO

20-01-2024, 22:00

20 Yanvar faciəsinə şahidlik etmiş fotoqraf Mirnaib Həsənoğlu Baku TV-yə danışıb.
O illərdə fotoqraf kimi çalışan M.Həsənoğlu həmin günləri belə xatırladığını deyir:
“İndiki Prezident Aparatının qarşısında insanlar mitinq edir, şüarlar səsləndirirdilər. Gecə saat 11-ə kimi həmin meydanda oldum. Daha sonra evə getdim. Saat 1-in yarısında qonşulardan biri gəldi ki, artıq şəhərə giriblər, atəş səsləri eşidilir. Hava yeni işıqlanmağa başlayanda gəlib gördüm ki, divarlara “faşist” yazılır, Mixail Qorbaçovun şəkli çəkilir. Orada çağırış etdilər ki, fotoqraf lazımdır. Mən iki nəfərlə birlikdə “Semaşko”ya tərəf getdim”.
20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasından danışan fotoqraf həmkarlarının bu işdə xüsusi rolu olduğunu vurğulayıb:
“Oleq Litvin təcili yardım gəlib insanların meyitini götürməmiş həmin fotoları çəkmişdi. Hüseyn Hüseynzadə və Fərid Əşrəfoğlu isə şəxsi avtomobilləri ilə bütün şəhəri gəzib vurulan maşınları, dağılan yerləri çəkmişdi”.
Daha ətraflı videosüjetdə:

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ