Jurnalist Səbuhi Məmmədli dəfn edildi
Tarix: 17-01-2024, 15:23
Baxılıb: 2 581
Google+ Paylaş
Tumblr Paylaş

Jurnalist Səbuhi Məmmədli dəfn edildi

17-01-2024, 15:23

Tanınmış jurnalist Səbuhi Məmmədli dəfn olunub.

Səbuhi Məmmədli doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Səbuhi Məmmədlinin yaxınları, media nümayəndələri iştirak ediblər.
Şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkən Səbuhi Məmmədli gecə saatlarında müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.
Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, “Yeni Müsavat” qəzetləri ilə əməkdaşlıq edib. Səbuhi Məmmədli 10 ildən çoxdur “Lent.az” saytında çalışıb.
2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlanıb.
Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilib.
Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Daha sonra isə o, “Yeni Klinika”ya köçürülüb. Həkimlərin səyinə baxmayaraq, süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ