Sabahın havası açıqlandı
Tarix: 16-01-2024, 13:38
Baxılıb: 1 490
Google+ Paylaş
Tumblr Paylaş

Sabahın havası açıqlandı

16-01-2024, 13:38

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam zəifləyəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ