Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı
Tarix: 12-01-2024, 10:40
Baxılıb: 3 645
Google+ Paylaş
Tumblr Paylaş

Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı

12-01-2024, 10:40

Burundi daxili işlər naziri Niteretse Ruanda ilə bütün əlaqələrin dayandırıldığını və sərhədlərin bağlandığını bildirib. Ruanda hökuməti cavab verib ki, qərar Şərqi Afrika Birliyinin inteqrasiya prinsiplərini pozur.

Burundi üsyançıları dəstəkləməkdə ittiham etdiyi qonşusu Ruanda ilə sərhəd keçidini bağladığını açıqlayıb.
Sərhədin bağlanmasından sonra yazılı açıqlama verən Ruanda hökuməti birtərəfli qərarın həm insanların, həm də malların keçidini məhdudlaşdırdığını və Şərqi Afrika Birliyinin inteqrasiya prinsiplərini pozduğunu qeyd edib.
Qeyd edək ki, Qanunun Aliliyi Uğrunda Müqavimət Hərəkatı (RED-TABARA) adlı üsyançı qrup üzvləri keçən il dekabrın 22-də Burundinin KDC sərhədindəki Gatumba bölgəsində mülki şəxslərə qarşı hücum həyata keçirib. Hücumda 2 hamilə qadın həyatını itirib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ