Ramil Usubovun təltif edilmə səbəbi nədir?
Tarix: 25-12-2023, 14:44
Baxılıb: 2 884
Google+ Paylaş
Tumblr Paylaş

Ramil Usubovun təltif edilmə səbəbi nədir?

25-12-2023, 14:44

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Prezident yanında Təhlükəsizlik Xidmətinin rəhbəri Ramil Usubov “Şərəf” ordeni nilə təltif edilib.

R.Usubovun mükafatlandırılmasının səbəbi onun 75 yaşının tamam olması ilə bağlıdır.
Ramil Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1966-1968-ci illərdə Sovet ordusunun Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir.
Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) Şəhər-Rayon Polis Şöbəsinin rəisi vəzifələrdə çalışmışdır.
1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur.
Ramil Usubov 11 avqust 1993-cü ildə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, 29 aprel 1994-cü ildə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
3 may 1994-cü ildə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci ildə general-leytenant, 15 yanvar 2002-ci ildə general-polkovnik hərbi rütbəsi verilmişdir.
Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir.
R.Usubov "Azərbaycan Bayrağı", "Böyük zabit" (Polşa), 1-ci dərəcəli "Vətənə xidmətə görə", "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.
Ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var.
Emil Usubov polis general-mayoru, Raul Usubov isə polis polkovnik-leytenantıdır, hər ikisi "İgidliyə görə" medalı ilə təltif edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ