Bakıda temperatur 18 dərəcəyə yüksələcək
Tarix: 25-12-2023, 13:31
Baxılıb: 2 547
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda temperatur 18 dərəcəyə yüksələcək

25-12-2023, 13:31

Bakıda və Abşeron yarımadasında dekabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ