Türkiyəli nazir Şəhidlər xiyabanını ziyarət etdi
Tarix: 21-12-2023, 14:13
Baxılıb: 1 296
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyəli nazir Şəhidlər xiyabanını ziyarət etdi

21-12-2023, 14:13

Türkiyənin ticarət naziri Ömər Bolatın başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Türkiyəli nazir şəhidlərin ruhunu hörmətlə anıb və bildirib ki, onların 105 il öncə göstərdiyi şücaət və qəhrəmanlığın nəticəsi olaraq bu gün də Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri uğurla davam edir.
Sonra Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ