Əsir əsgərlərimiz nə vaxt qayıdır? - Əsgər anası
Tarix: 11-12-2023, 15:25
Baxılıb: 1 328
Google+ Paylaş
Tumblr Paylaş

Əsir əsgərlərimiz nə vaxt qayıdır? - Əsgər anası

11-12-2023, 15:25

Oğlumun nə vaxt qayıdacağı ilə bağlı heç bir məlumatım yoxdur.

Bunu açıqlamasında Ermənistanda tutularaq ömürlük həbs cəzası alan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
“Səhərdən ora-bura zəng edirəm ki, hardan məlumat ala bilərəm. Nə vaxt gələcəyi ilə bağlı bizə heç bir məlumat verilməyib. Mən də hamı kimi mediada olan məlumatları izləyirəm. Hüseynlə sonuncu dəfə noyabrın 23-ü danışmışıq”, - anası bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə 7 dekabrda razılıq əldə edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ