FHN 11 yanğınsöndürmə maşını Xankəndiyə göndərildi
Tarix: 26-09-2023, 17:27
Baxılıb: 1 501
Google+ Paylaş
Tumblr Paylaş

FHN 11 yanğınsöndürmə maşını Xankəndiyə göndərildi

26-09-2023, 17:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Qarabağa yanğınsöndürmə briqadası göndərib.

FHN-in 3-ü xüsusi təyinatlı olmaqla 11 yanğınsöndürmə avtomobili canlı qüvvə ilə birlikdə yeni açılan Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.

Qeyd edək ki, ötən gün Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın, bu tip hadisələr zamanı alovun ətraf ərazilərə yayılmaması üçün mühafizə edilməsi zərurəti yaradıb. Ona görə də Xankəndi və ətraf yaşayış məntəqələrində baş verə biləcək yanğınların qarşısının alınması üçün bu cür addım atılıb.

Ümumilikdə bu işlər 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq həyata keçirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ