Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri- Samir Məmmədov, Rəşad Abdullayev, Azər Mahmudov, Qurbani Allahverdi, Elçin Hacıyev və Şöhrət Xudiyev narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan heroin, Samir Məmmədov və Elçin Hacıyevdən isə əlavə olaraq metamfetamin də aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu