Azərbaycanın idxal etdiyi buğdanın qiyməti azalıb
Tarix: 15-08-2023, 13:40
Baxılıb: 1 526
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın idxal etdiyi buğdanın qiyməti azalıb

15-08-2023, 13:40

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 164 milyon 684 min dollar dəyərində 578 min ton buğda idxal edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 34.5% və ya 148.2 min ton, məbləğ baxımından isə 6.5% və ya 10 milyon dollar çoxdur.

2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycana 154 milyon 660 min dollar dəyərində 429 min 806 ton buğda idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 20.8% və ya 74.9 dollar azalaraq 284.9 dollara (484.33 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 359.8 dollar (611.7 manat) təşkil edib.

Xatırladaq ki, cari ilin ilk 7 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.72%-nə bərabər olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ