“Ermənistan mina terroru ilə həyatımıza qəsd etməyə davam edir” - RƏY + FOTO
Tarix: 4-08-2023, 22:13
Baxılıb: 2 605
Google+ Paylaş
Tumblr Paylaş

“Ermənistan mina terroru ilə həyatımıza qəsd etməyə davam edir” - RƏY + FOTO

4-08-2023, 22:13

“Ermənistan mina terroru ilə həyatımıza qəsd etməyə davam edir”.
Bu fikirləri “Report”a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev deyib.

Onun sözlərinə görə, hazırda dünyanın ən böyük problemlərindən biri mina məsələsidir:
“Bu problemin ən çox olduğu ilk 10 ölkədən biri də təəssüf ki, Azərbaycandır. Ermənistan işğal altında saxladığı torpaqlarımızı 30 il ərzində ciddi-cəhdlə çirkləndirib. İşğal nəticəsində öz evindən, torpağından 30 il didərgin düşən insanlar artıq öz evlərinə dönmək istəyir. 44 günlük Vətən müharibəsindən 2 ildən çox müddət keçməsinə baxmayaraq insanların böyük bir hissəsi mina problemi ucbatından öz yurduna qayıda bilməyib”.
“Ehtimal olunur ki, Azərbaycanın işğaldan azad etdiyi əraziləri 1 milyondan çox mina basdırılıb. Elə ərazilər var ki, 1 kvadratmetrdə 8-10 minaya rast gəlmək olur. Kapitulyasiya imzalandıqdan sonra düz 303 nəfər Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində müxtəlif bədən xəsarətləri alıb, onlardan 55 nəfəri dünyasını dəyişib. Bu problemin həll olunması təkcə Azərbaycanın işi deyil. Baxmayaraq ki, Azərbaycan bu gün bəhs etdiyimiz məsələdə bütün yükü öz çiyinləri üzərinə götürüb”, - QHT sədri bildirib.
U.Mirzəyev vurğulayıb ki, cinayətkar və aqressor bir ölkə yurd-yuvamızı, torpaqlarımızı, tariximizi, maddi-mədəni irsimizi dağıdıb:
“İndi isə mina terroru ilə həyatımıza qəsd etməyə davam edir. Müharibədən sonra belə Ermənistanda yenicə istehsal edilmiş minalara rast gəlirik. Ona görə biz hesab edirik ki, bu problemi daim gündəmdə saxlamalıyıq. Ona görə də Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq humanitar minatəmizləmə ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlamışıq”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ