Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının bölmə rəisi polkovnik-leytenant İslam Məmmədov və Ege Hospitalın həkim-mütəxəssisi Pərvanə Rüstəmova cinayət məsuliyyətinə cəlb olunub.
Hospitalın Onkologiya şöbəsinin rəisi İslam Məmmədov dələduzluqda, Pərvanə Rüstəmova isə vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. İttihama görə onlar birgə cinayət əlaqəsinə giriblər.
İş üzrə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və 10 nəfər zərərçəkmiş qismində tanınıb.
İ.Məmmədova Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) və 341.2.1 ( vəzifə səlahiyyətlərini aşma), P.Rüstəmovaya isə 341.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil, onlar barəsində istintaq dövrü müddəti üçün alternativ qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.//qafqazinfo.az

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu