Yanlış əməliyyat olunduğu deyilən 16 yaşlı Ümüd vəfat etdi
Tarix: 5-07-2023, 14:44
Baxılıb: 1 543
Google+ Paylaş
Tumblr Paylaş

Yanlış əməliyyat olunduğu deyilən 16 yaşlı Ümüd vəfat etdi

5-07-2023, 14:44

2022-ci ilin noyabrında avtomobillə vurulan və yanlış əməliyyat nəticəsində ölümcül hala düşən 16 yaşlı Ümüd Əhmədov ötən gün dünyasını dəyişib.

Bununla bağlı sosial şəbəkələrdə gəncin anası Qızılgül Quliyeva paylaşım edib.

O bildirib ki, övladının xəstəliyinin əlacı tapılmışdı və sağalmasına çox az qalmışdı. Lakin Ümüdün ürəyi daha tab gətirməyərək dayanıb.

Əməliyyat və müalicələrə 180 min manat xərclədiyini deyən ana bildirib ki, yeddi aydan çox övladının boğazından bir qurtum su da keçməyib və onun çəkisi 90 kiloqramdan 20-yə düşüb.

Qeyd edək ki, ana xəstəxanada əməliyyat zamanı oğlunun nəfəs borusu ilə qida borusunun arasının yırtıldığını deyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ