Şahdağ Turizm Mərkəzinin zərər etməsinə aydınlıq gətirilib
Tarix: 29-06-2023, 14:48
Baxılıb: 1 511
Google+ Paylaş
Tumblr Paylaş

Şahdağ Turizm Mərkəzinin zərər etməsinə aydınlıq gətirilib

29-06-2023, 14:48

"Şahdağ Turizm Mərkəzi"nin direktoru Rüstəm Nəcəfov zərərlə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, bu barədə yay mövsümünün başlanması ilə əlaqədar təşkil olunan mediaturda jurnalistlərə açıqlamasında deyib.

R.Nəcəfovun sözlərinə görə, hesabatda qeyd edilən zərər tək nağd deyil:

“Burada vergilər və s. də var. Hesabatda qeyd edilən 100 milyon manata yaxın zərər 2016-cı ildən indiyə kimi olandır. 2021-ci ildə mərkəzimizin dövriyyəsi 6,3 milyon manat olub. Dövlət tərəfindən bizə verilən vəsait 13,9 milyon manat təşkil edib. 2022-ci ildə dövlətdən ayrılan subsidiya 12 milyon manat olub ki, bu da 14 faiz azalma deməkdir”.

O qeyd edib ki, 2016-cı ilin dövriyyəsi 3,1 milyon manat idisə, keçən il bu göstərici 7,3 milyon daha çox olub: "Məqsədimiz zərəri azaltmaq üçün gəlirlərimizi artırmaq və dövlətdən asılılığımızı azaltmaqdır”.

Direktor əlavə edib ki, mərkəzin ərazisində yerləşən bütün hotellərdə qiymətlər 100 manatdan başlayır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ