Azərbaycanda son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib:
“Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib".
G.İsmayılov üçüncü vakansiya ilə bağlı sənəd qəbulu başa çatdığını da bildirib.
Sədr müavini son bir il ərzindəki təyinatların statistikasını da açıqlayıb:
"Son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib".

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı