Tarix: 10-06-2023, 08:20
Baxılıb: 1 031
Bu gün hava necə olacaq?
10-06-2023, 08:20
İyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var
скачать dle 12.1