Mən tarixi Yunus Oğuzdan daha yaxşı öyrənirəm, nəinki tarixdən- ÖZƏL
Tarix: 8-06-2023, 19:21
Baxılıb: 1 077
Google+ Paylaş
Tumblr Paylaş

Mən tarixi Yunus Oğuzdan daha yaxşı öyrənirəm, nəinki tarixdən- ÖZƏL

8-06-2023, 19:21

Əjdər İsmayılov sıradan bir adam deyildi, onun haqqında müxtəlif fikirlər söylənilir".

Bunu görkəmli tarixçi, filoloq-türkoloq Əjdər İsmayılovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi sessiyada çıxışı zamanı filologiya elmləri doktoru, professor, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib.

"Mən iki məsələ üzərində dayanmaq istəyirəm. Birinci odur ki, Azərbaycan dilçiliyində müəyyən bir qanun var: üslubların bir-birinə keçməsi. Məsələn, publisistik üslub ədəbi üsluba tez keçir. Ancaq burda müəyyən bir məqam var ki, ehtiyatlı olmaq lazımdır. Bədii üslubda istənilən bir formada ucalmaq, bədii obraza don geyindirmək olur. Amma publisistik üslub klassik rəqəmlərə əsaslanır. İstənilən bir hadisəni dəyişmək olmaz. Amma bədii üslub imkan verir ki, onu bir az obrazlı verəsən. Ona görə də, bizdə bu keçiddə, xüsusilə, publisistik üslubdan elmi üsluba keçid o qədər də asan məsələ deyil. Ona görə də, bizdə elmi-kütləvi üslub deyilən bir üslub yaranıb. Mən Əjdər müəllimin üslubunu xüsusilə fərqləndirmək istəyirəm. Məsələn, mən tarixi Yunus Oğuzdan daha yaxşı öyrənirəm, nəinki tarixdən. Bu üslubdan irəli gəlir və Əjdər İsmayılovun üslubunda da bu var".

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ