Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü Qaradağ rayonunda qeyd edilib
Tarix: 25-05-2023, 19:15
Baxılıb: 1 201
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü Qaradağ rayonunda qeyd edilib

25-05-2023, 19:15

Avromedia.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü Qaradağ rayonunda qeyd edilib

25 may 2023-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.       

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Millət vəkili Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavin Təranə İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak  edirdilər.


Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdi. O, qeyd etdi ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan tarixinin parlaq səhifəsinə çevrildi. 


Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirdi ki, 1918-ci ilin mayında elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ən böyük xidməti ölkənin idaretmə forması kimi respublika quruluşunu seçmələridir. Belə ki, məhz həmin quruluş demokratik idarəetməni təmin etməklə yanaşı, həmçinin xalq kütlələri tərəfindən seçilən dövlət başçısının məhz onların iradəsini ifadə etməsinə şərait yaradır. Azərbaycan Xalq Cümhuriyyəti həm ölkə, həm də Yaxın Şərq tarixində ilk demokratik dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sonradan formlaşalacaq respublikaların da mühüm təməli rolunu oynadı. Bu baxımdan Azərbaycanda respublikaçılıq tarixini üç mərhələyə bölən Q.Əliyev birinci respublikanın 1918-ci il mayın 28-dən 2020-ci il aprelin 28-dək, ikinci respublikanın həmin tarixdən 1991-ci il oktyabrın 18-dək mövcud olduğunu, üçüncü respublikanın isə həmin gündən formalaşdığını bildirib. O, qeyd edib ki, hazırda Azərbaycanda mövcud olan müasir müstəqil dövlətimiz özündən əvvəlki iki respublikanın varisidir və onların ən yaxşı cəhətlərini özündə birləşdirir. Q.Əliyev həmin respublikaların formalaşmasında və inkişafında xalqımızın Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəriman Nərimanov, xalqımızın Ümumilli lideri Heydər Əliyev kimi  böyük şəxsiyyətlərinin mühü rol oynadığını vurğuladı. O, bildirdi ki, müasir dövlətçiliyimizin fundamentinin məhz həmin vaxt düzgün seçilməsi sayəsində bu gün Azərbaycan həm müasir idarəetmə, həm də özünəməxsus yalnız ona məxsus olan cəhətləri ilə regionun ən mühüm dövlətinə çevrilib. Məhz bunun nəticəsidir ki, müasir, müstəqil Azərbaycan öz inkişafının daha yüksək mərhələsinə çatıb. 


2020-ci ilin noyabrında Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfərə imza atdığını xatırladan YAP Qaradağ rayon təşkilatının sədri, bu tarxi qələbə ilə ərazilərimizin 100 illərlə davam edən işğalına son qoyulduğunu da vurğulayıb. 


Tədbir İştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edən Q.Əliyev qeyd edib ki, hazırda respublikamızın qarşısında daha mühüm vəzifələr dayanır və buraya Zəngəzur dəhlizi, Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması ilə yanaşı, dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş digər hədəflər də daxildir. Azərbaycan rəhbərliyinin nümayiş etdirdyi böyük siyasi iradə bu hədəflərə də yaxın zamanlarda çatacağımızı deməyə ciddi əsas verir.


Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu və atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı. S.Xasayeva xatırlatdı ki, 1991-1993-cü illərdə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mövcud olan xaos və anarxiya nəticəsində xalqımız müstəqilliyi itirmək təhlükəsi ilə baş-başa qaldığı vaxtda Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün həmin siyasət Ulu öndərin ən layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.


Qaradağ rayon İcra Başçısının müavini Təranə İsmayılova tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynadı. T.İsmayılova qeyd etdi ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şanlı səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci il aprelin 28-də süqut etsə də, tarixdə Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi kimi yer aldı.


Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində oynadığı mühüm rolu yüksək qiymətləndirdi. O, qeyd etdi ki, 1991-ci ildə müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı yenidən ucaldılsa da yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq. 


Dəyirmi masada şıxış edən şəhid anası Pakizə Abbasova isə Azərbaycanın son illər qazandığı uğurlar sırasında birinci yerdə müstəqiliyin bərpasının, ikinci yerdə Prezident İlham Əliyev kimi dövlət başçımızın olmasını, üçüncü yerdə isə Yeni Azərbaycan Partiyası kimi siyasi təşkilatımızın varlığının xüsusi əhəmiyyətini qeyd etdi. O, vurğuladı ki, biz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasının gücündən bəhrələhərək müstəqilliyimiz daimi etməliyik.  

Tədbirdə digər çıxış edənlər bərpa etdsiyimiz müstəqilliyin qorunub saxlanılmasında, müasir müstəqil dövlətimizin möhkəmlənməsində və dünya miqyasında tanınmasında Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xatırlatdılar. Vurğuladılar ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi keçmişimizin ən şanlı səhifələrindən biridir.


Bilman İSAQ

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ