Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi bağlanıb - SƏBƏB
Tarix: 16-05-2023, 14:35
Baxılıb: 1 689
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi bağlanıb - SƏBƏB

16-05-2023, 14:35

"Azərbaycan Dəmir Yolları" Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin qeyri-müəyyən müddətə bağlanması ilə əlaqədar məlumat verib.

Yol xəttinin bağalanmasının səbəbi - baş podratçı tərəfindən sahənin tikinti tempinin sürətləndirilməsi və layihənin qısa müddətdə başa çatdırılmasıdır.

Qeyd edək ki, Gürcüstan mətbuatı bu gündən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin qeyri-müəyyən müddətə bağlanması ilə bağlı məlumat yaymışdı.

Xatırladaq ki, sözügedən dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb. Dəmir yolu rəsmən istifadəyə verilməsə də, 2017-ci il oktyabrın 30-dan yükdaşımaları sınaq rejimində həyata keçirilir. Gürcüstan ərazisində işlərin təxminən 86%-i yerinə yetirilib. Həmçinin, ötən ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il layihəyə əlavə olaraq 100 mln. dollar sərmayə qoyulacağını və onun təntənəli açılışının 2024-cü ildə baş tutacağını bildirmişdi//metbuat.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ