Xankəndidəki separatçılar sonlarını yaxınlaşdırır
Tarix: 14-03-2023, 21:30
Baxılıb: 2 442
Google+ Paylaş
Tumblr Paylaş

Xankəndidəki separatçılar sonlarını yaxınlaşdırır

14-03-2023, 21:30

Xankəndidəki separatçı rejimin Bakıda keçirilməsi nəzərdə tutulan müzakirələrə nümayəndələr yollamaqdan boyun qaçırması vəziyyəti daha da ağırlaşdıracaq. Gərginlik separatçılara çox baha başa gələ bilər. Rəsmi Bakı diplomatiyasını sərtləşdirə, ordumuz isə müvafiq tədbirlərə əl ata bilər.
AvroMedia.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Prezident Aparatı ölkənin Qarabağ iqtisadi zonasının hazırda müvəqqəti olaraq Rusiya Sülhməramlı Kontingentinin (RSK) nəzarətində olan ərazilərində məskunlaşmış ermənilərlə yeni görüş təklif edib.
Bakıda keçirilməsi nəzərdə tutulan görüş qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağın şərtləri, onların hüquqlarının və təhlükəsizliklərinin təminatının ölkə Konstitusiyası çərçivəsində reallaşdırılması yollarının arayışı ilə bağlı olacaqdı.
Xatırladaq ki, martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, RSK qərargahında qarabağlı ermənilərin təmsilçiləri ilə görüşüb.
Görüş zamanı əsasən Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə, sosial və mədəni həyatına reinteqrasiyası, bu prosesi sürətləndirmək üçün Azərbaycan tərəfinin təmin edə biləcəyi imkanlar, eləcə də bölgədə sülhün təmin olunmasının qarşısında duran maneələr və çağırışlar müzakirə olunub.
Fəqət, separatçılar görüşləri davam etdirmək istəmirlər.
Xankəndidəki xuntanın "Xarici İşlər Nazirliyi" bildirib ki, belə görüşlər yalnız rusiyalı sülhməramlıların vasitəçiliyi ilə ilk görüşün olduğu yerdə keçirilə bilər və görüşdə "izafi siyasiləşmə" olmadan humanitar, infrastruktur və texniki məsələlər müzakirə olunmalıdır.
İllüziyalara qapılan separatçılar aqressivlik ritorikasını daha da artıraraq "Laçın dəhlizində nəqliyyatın hərəkəti tam təmin edilməyincə" və "Azərbaycan tərəfi maksimalist yanaşmalardan əl çəkməyincə" hər hansı görüş, yaxud müzakirələr üçün "münbit zəmin" yaradılmayınca Bakı ilə təmasların olmayacağını vurğulayıblar.
Sonda onlar bildliriblər ki, "müstəqillik istəyindən əl çəkməyəcəklər və yalnız beynəlxalq təminatın olacağı təqdirdə danışıqlar aparacaqlar".
Qarabağlı ermənilərin separatçı liderləri Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına və vədlərinə də qarşı çıxaraq Xankəndidəki rejimin bir çox hallarda İrəvana tabe olmadığını göstərmək istəyirlər.
Separatçıların belə demarşının səbəbi isə onların Fransa və Rusiya Federasiyasındakı bəlli güc mərkəzlərinə güvənməsi, aldıqları vədlərin real olduqlarına inanmalarıdır.
Qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı danışıqların vasitəçilərsiz, birbaşa aparılması ermənilərə hamilik etməyə çalışdıqlarını göstərənləri narahat edir.
Belədə də nə Rusiyanın sülhməramlı kontingentinə zərurət qalır, nə də Fransanın psevdovasitəçilik cəhdlərinə.
Xankəndidəki rejim vəziyyəti bilərəkdən gərginləşdirərək qəsdli eskalasiya yolu seçib. Məqsəd RSK nəzarətindəki ərazilərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla situasiyanı fasiləsiz ekstremal həddə çatdırmaq və Azərbaycana qarşı Avropa Parlamenti ilə yanaşı, digər beynəxalq və pan-Avropa strukturlarında "dəlil"lər əldə etməyə çalışanların göstərişlərinin yerinə yetirilməsidir.
Separatçıların "XİN"dən sonra Xankəndidəki "parlament"dəki fraksiyaların istisnasız olaraq hamısının imzaladıqları birgə bəyanat yayılıb.
"Blokada şəraitində Bakı ilə danışıqlar və görüşlər mümkün deyil" ifadəsinin yer aldığı sənəd gözlənildiyi kimi, rəsmi İrəvana xəbərdarlıqlar və ultimatumlarla zəngindir.
"Danışıqlar yalnız beynəlxalq strukturların, o cümlədən, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi və təminatı ilə aparılmalıdır. Ermənistanın hakimiyyət dairələrindən isə tələb edirik ki, 1992-ci ilin iyulun 8-də Ermənistan Ali Sovetinin qəbul etdiyi qərara sadiq qalaraq bizim milli müqəddəratı təyin etmək hüququmuzu şübhə altına almasınlar", - sənəddə deyilir.
Separatçıların "parlamentar"ları nədənsə Laçın-Gorus yolunda aksiyanın davam etməsinə rəğmən, martın 1-də görüşə qatılmalarını xatırlamır və bunun səbəbini açıqlamırlar.
Ən sonda separatçı rejimin "sabiq XİN başçısı", diplomatiyanı əsla bilmədiyini dəfələrlə sübut etmiş David Babayan açqılama verib: "Bakı ilə danışıqlar yalnız Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə, tərəflərin bərabərhüquqlu olacağı təqdirdə mümkündür. Bakıya xatırladırıq ki, biz Qarabağın erməni icması yox, qarabağlı erməni xalqıyıq".
Maraqlıdır ki, martın 1-də baş tutmuş görüşün qarabağlı ermənilər tərəfdən təşəbbüskarları, separatçı rejimin rəhbəri Araik Arutyunyan və "Təhlükəsizlik Şurasının katibi" Samvel Şaxramanyan susublar, heç bir "sərt bəyanat"la çıxış etməyiblər.
Yaranmış vəziyyət qarabağlı ermənilərin separatçı liderlərinin psixoloji problem həddinə çatmış təşəxxüsləri ilə yanaşı, onların tam bisavadlığını və prosesləri dərk edə bilmədiklərini göstərir.
Hadisələrin xronologiyasına fikir verin:
1. Xankəndidəki rejim "əsla danışıqlara getmərik" deyir
2. Danışıqlar və müzakirələr baş tutur
3. Separatçılar "danışıqların gərəkli formatı"ndan bəhs edirlər.
Məntiq budur ki, danışıqlara bağlı müzakirələrdə ilkin olaraq format və şərtlər nəzərdən keçirilir, sonra razılaşma əldə edilir və danışıqlar baş tutur.
Martın 1-də Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti separatçıların nümayəndələri ilə Xocalıda görüşübsə, danışıqlar olubsa, Xankəndidəki fərdlər indi hansı "əsl, gərəkli format"dan bəhs edirlər?
Belə iddialar, şərtlər və miskin "ultimatum"lar rəsmi Bakıda mövqelərin yenidən nəzərdən keçirilməsinə və ya hər hansı formada dəyişikliklərə əl atmağa səbəb olmayacaq.
Azərbaycan ərazisində yaşayan ermənilərə təkliflər edilib, onların konstrktiv və real şərtləri qəbul edəcəkləri təqdirdə yaşamlarının daha da yaxşı olacaqları deyilib.
Qarabağlı ermənilər Bakının şərtlərini qəbul etməsələr, ərazilərimizi tərk etməlidirlər, çünki qanunsuz statusda olacaqlar.
Ermənistana gəldikdə isə, Nikol Paşinyan hakimiyyəti qarabağlı ermənilərlə bağlı danışıqlarda tərəf olmaq istəmir.
Hazırda rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə yaşayan ermənilər arasında Bakının sözlərini eşitmək, Azərbaycan pasportu almaq və normal yaşamaq istəyənlərin sayı artır.
Bakı məhz həmin ermənilərin nümayəndələri ilə danışıqlar apara bilər.
Onda RSK-nın nəzarətindəki ərazilərdə olan silahlı seraparatçı erməni dəstələri real hərbi hədəf olacaq.
Hərbi hədəflərsə məhv edilməlidir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ