Məşhur müğənni və rəqqasın ölüm səbəbi açıqlandı
Tarix: 20-02-2023, 12:22
Baxılıb: 2 109
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur müğənni və rəqqasın ölüm səbəbi açıqlandı

20-02-2023, 12:22

Gəncədə müğənni və rəqqasənin vəfat etdiyi hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

İlkin araşdırmalardan sonra 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının dəm qazından zəhərlənmə səbəbindən vəfat etmələri müəyyənləşib.

O da məlum olub ki, hər iki şəxs fevralın 18-də Gəncə şəhər sakini Y.Rzayevaya məxsus evə qonaq gediblər. Onlardan xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər. Fevralın 19-da günorta saatlarında isə hər iki şəxsin qonaq getdikləri evdə həyatını itirdikləri məlum olub.

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ