Ermənilərin Qarabağda yeni hərbi hissələri aşkarlandı
Tarix: 16-01-2023, 20:09
Baxılıb: 2 272
Google+ Paylaş
Tumblr Paylaş

Ermənilərin Qarabağda yeni hərbi hissələri aşkarlandı

16-01-2023, 20:09

2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatı ilə Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycanın Qarabağ istiqadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında qanunsuz olaraq tikdiyi hərbi hissələrin növbəti görüntüləri yayılıb.

Görüntüləri və məlumatı "Bez Tormozov" Teleqram kanalı paylaşıb.

Fotolardan aydın olur ki, Laçın humanitar dəhlizindən qanunsuz olaraq hərbi məqsədlər üçün istifadə edən Ermənistan hərbi sursat və ləvazimatlar daşımaqla, hərbi hissələrdən birini Xankəndi yaxınlığında (koordinatlar:39.828991, 46.761836), Heyvalı (koordinatlar: 40.144956, 46.595711), Xocalı (koordinatlar: 39.893010, 46.796251), Xocavənd (39.743358, 47.123237), Xankəndi (koordinatlar: 39.866551, 46.767794), Yuxarı Orataq (koordinatlar: 40.139753, 46.547722) və s. qurublar.

Yuxarı Oratağdakı (keçmiş Ağdərə rayonu) qanunsuz hərbi hissə 3 avqust 2022-ci ildə Ordumuzun endirdiyi zərbə nəticəsində şəxsi heyəti ilə birgə məhv edilib.

Daha öncə ermənilərin ötən il Laçın yolu ilə qeyri-qanuni gətirilən materiallardan istifadə edərək Qarabağda tikdiyi üç hərbi obyektin görüntüsü sosial şəbəkələrdə yayılıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ