"Buta Airways" bu məsələ ilə bağlı rəsmi məlumat yaydı
Tarix: 16-01-2023, 08:26
Baxılıb: 2 009
Google+ Paylaş
Tumblr Paylaş

"Buta Airways" bu məsələ ilə bağlı rəsmi məlumat yaydı

16-01-2023, 08:26

“Buta Airways” aviaşirkətinin yanvarın 15-ində axşam saatlarında baş tutmalı olan İstanbul-Bakı reysi təxirə salınıb.

“Buta Airways” aviaşirkətinin mətbuat xidməti gecikmə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, İstanbul (Sabiha Gökçen aeroportu) - Bakı J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

"Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Sözügedən reysin sərnişinləri bazar ertəsi, yanvarın 16-sı İstanbul vaxtı ilə saat 10:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər", - açıqlamada qeyd olunub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ