“Blokada” şəraitində yaşayan Xankəndidə aclıq və səfalətin fotoları
Tarix: 11-01-2023, 11:24
Baxılıb: 1 980
Google+ Paylaş
Tumblr Paylaş

“Blokada” şəraitində yaşayan Xankəndidə aclıq və səfalətin fotoları

11-01-2023, 11:24

Son bir ayda ermənilərin dünya ictimaiyyəti qarşısında aramsız təbliğatının bir nömrəli mövzusu Xankəndində və ətraf bölgələrdə yaşayan ermənilərin “blokada şəraitində aclıq və fəlakətlə” üzləşməsi ilə bağlıdır. 12 dekabr 2022-ci ildən etibarən gileylənən ermənilər iddia edirlər ki, Xankəndində sosial-iqtisadi vəziyyət dözülməz həddə çatıb, Azərbaycanın ekofəallarının Laçın-Xankəndi yolunu “kəsməsi” bölgəyə Ermənistan ərazisindən ərzaq, dərman və digər məhsulların gətirilməsinin dayanmasına səbəb olub. Erməni diasporunun maliyyəsi ilə fəaliyyət göstərən xaricidəki muzdlu propaqandaçılar həmişə olduğu kimi əllərinə düşən bu şansdan yetərincə yararlana biliblər.
Dekabrın sonları və yanvarın əvvəli Xankəndində mağazaların boş olması, ərzaq çatışmazlığı üzündən uşaq bağçalarının tətilə çıxması, hətta mərkəzi bazarın bağlanması haqda məlumatlar daha sürətlə yayıldı.
Bu təbliğat işində Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan, Ermənistanın Niderland və Lüksemburqdakı səfiri Tigran Balayan, ictimai aktivist və jurnalistlər Mariam Avetisyan, Siranuş Sarqsyan, Nara Matinyan və digərlərinin fəaliyyətləri xüsusi seçilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ