Bakıda 4 nəfərin meyiti tapılıb.
AvroMedia.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.
Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı istintaq qrupu yaradılıb.
Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimalları nəzərə alınaraq müvafiq ekspertizalar təyin edilib.
Araşdırmalar davam etdirilir.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı