Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş İstanbulda silahlı hücumda öldürülüb.
GunAz.az "Haber Global"a istinadən xəbər verir ki, telekanalın 27 yaşlı əməkdaşına hücumda şübhəli bilinən 4 nəfər saxlanılıb.
Məlumata görə, Məhərrəm Can Kurtuluş öz avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb və tərəfləri sakitləşdirməyə çalışıb. Onlar sakitləşməyərək Kurtuluşla mübahisə etməyə başlayıblar. Ətrafdakıların müdaxiləsi ilə tərəfləri ayırıblar.
Sonradan dostu ilə kafedən çıxan Məhərrəm Can Kurtuluş avtomobilinə minərkən mübahisə etdiyi dörd şübhəli onun qarşısını kəsib. "Haber Global"in əməkdaşı güllələnib, şübhəlilər isə hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polisin məlumatına görə, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 tərəzi və 1 kq 200 qram narkotik vasitə götürülüb.Report

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu